Andrey Lunyov: "Braqa" ilə oyundan sonra Bakıda bayram ab-havası var idi"

Andrey Lunyov: "Braqa" ilə oyundan sonra Bakıda bayram ab-havası var idi"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Bakıda Portuqaliyanın "Braqa" klubunu mübarizədən kənarlaşdırdıqları UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçından sonra paytardəyişmə otağında baş verənlər barədə danışıb.

"Report" xəbər verir ki, "Championat" nəşrinə müsahibə verən rusiyalı qolkiper şəhərdə sevinc və bayram ab-havası olduğunu söyləyib.

O, paltardəyişmə otağına müxtəlif insanların gəldiyini vurğulayıb: "Çox yorğun olduğum üçün emosiyalarımda daha təmkinli idim. Çölə çıxmadığımdan, Bakıda nə baş verdiyini görmədim. Gec idi, dərhal evə getdim. Amma bəzi videolar görmüşəm və baş verənlər məni cəlb etdi. Azarkeşlər xoşbəxt idilər, onlar buna layiqdirlər".

Qeyd edək ki, səfərdə "Braqa"ya qalib gələn "köhlən atlar" (4:2) Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.