BMT: Suriyada 16 milyondan çox insanın humanitar yardıma ehtiyacı var

BMT: Suriyada 16 milyondan çox insanın humanitar yardıma ehtiyacı var

Suriyada 16 milyon 700 min insanın humanitar yardıma ehtiyacı var.

APA xəbər verir ki, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits Təhlükəsizlik Şurasının Suriya üzrə sessiyasında deyib.

Suriyadakı vəziyyətin son bir ildə daha da pisləşdiyinə diqqət çəkən Qriffits bu rəqəmin əhalinin təxminən dörddə üçünə bərabər olduğunu bildirib.

Qriffits Suriyada 12 ildən çox davam edən qarşıdurma və zəlzələlərin təsirinin daha çox olduğuna diqqət çəkərək, sığınacaqların yenidən qurulmasının vacibliyini vurğuladı.