İmişlidə itkin uşağın axtarışı Biləsuvarda da aparılır 

İmişlidə itkin uşağın axtarışı Biləsuvarda da aparılır 

İmişli rayonunda kanalda batması ehtimal olunan yeniyetmənin axtarışı Cənub-Muğan kanalının Biləsuvardan keçən hissəsində davam edir.

"Report"un Muğan bürosunun məlumatına görə, bu gün həmin kanalda FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri və yerli sakinlər axtarış tədbirləri aparıblar.

Belə ki, dalğıc-xilasediciləri Araz çayından ayrılan qolun, həmin istiqamətdən keçən körpünün altında yığılıb-qalan sularda axtarış tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, ötən ilin dekabr ayının 26 - da İmişli rayonu Qaragüvəndikli kəndində Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bir neçə istiqamətdə davam etdirilir.