Əhalinin NƏZƏRİNƏ! - Azərbaycanda bu cərimələr ləğv edilə bilər
Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.
Birxeber bildirir ki, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.
Deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.
Birxeber