Britaniya SEPAH və husilərin nümayəndələrinə qarşı yeni sanksiyalar tətbiq edib

Britaniya SEPAH və husilərin nümayəndələrinə qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) və husilərin “Ənsar Allah” hərəkatına qarşı sanksiyaları genişləndirib.

“Report” xəbər verir ki, yenilənmiş “qara siyahı” Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

“Qara siyahı”ya SEPAH komandirinin müavini Məhəmməd Rza Fəllahzadə, İran tərəfindən husiləri maliyyələşdirməyə cavabdeh olduğu iddia edilən Səid Əhməd Məhəmməd əl-Camal və husilərin “daxili işlər nazirinin müavini” Əli Hüseyn Bədrəddin əl-Husi daxil edilib. Bundan əlavə, SEPAH-ın üç bölməsi də sanksiya siyahısına əlavə olunub.