Azərbaycanda südlük istiqamətli heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrılıb

Azərbaycanda südlük istiqamətli heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrılıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Bəhruz Mustafaya Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə 200 min manat güzəştli kredit ayrıb.

"Birxeber.Az" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

"Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi baxımından da əhəmiyyətlidir", - deyə o qeyd edib.