Əli daşı türbəsi tarixi-mədəniyyət abidələrinin siyahısına daxil edilib

Əli daşı türbəsi tarixi-mədəniyyət abidələrinin siyahısına daxil edilib

Abşeron rayonunun Məmmədli kəndində yerləşən Əli daşı türbəsi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

"Report"un məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda dəyişiklik edilib. Dəyişikliklə Əli daşı türbəsi (XVII-XVIII əsrlər) siyahıya salınıb.