Azərbaycanın 8 stolüstü tennisçisi Əlcəzairdə turnirdə çıxış edəcək

Azərbaycanın 8 stolüstü tennisçisi Əlcəzairdə turnirdə çıxış edəcək

Azərbaycanın 8 stolüstü tennisçisi Əlcəzairin paytaxtı Əlcəzairdə keçiriləcək dünya seriyalı “WTT Youth Contender” turnirində çıxış edəcək.

“Birxeber.Az” xəbər verir ki, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli yarışa qatılmaq üçün bu gün Afrika ölkəsinə yollanıblar.

Onlara beynəlxalq turnirdə məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadə rəhbərlik edəcəklər.

Fevralın 28-də startı veriləcək yarışa martın 2-də yekun vurulacaq.