Baş nazir: Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər

Baş nazir: Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər

Bir ölkə dünyanın istənilən nöqtəsinə ordu göndərirsə, bu NATO-nun ümumi qərarı deyil.

APA İsveç mətbuatına istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Kristersson Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hərbçi göndərilməsi fikri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, İsveçin Ukraynaya qoşun göndərməsi üçün heç də uyğun zaman deyil.

Baş nazir Kristersson bildirib ki, Emmanuel Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər.

"Əgər bir ölkə dünyanın başqa yerinə qoşun göndərmək istəyirsə, bu, NATO-ya təsir etmir. Fransanın ənənəsi İsveç ənənəsi deyil", - o əlavə edib.

Xatırladaq ki, fevralın 26-da Makron ev sahibliyi etdiyi Ukrayna ilə müttəfiq 20-yə yaxın ölkə ilə görüşdən sonra bildirib ki, hazırkı mərhələdə quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur. "Lakin heç nə istisna edilməməlidir", - Makron əlavə edib. O deyib ki, "Rusiyanın qalib gəlməməsi üçün əllərindən gələni edəcəklər".