Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib

Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Birxeber.Az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Maldiv Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Ümid edirəm ki, əməkdaşlığımızı və dostluq münasibətlərimizi daha da möhkəmləndirmək üçün Zati-alinizlə sıx fəaliyyət göstərəcəyik. Əminəm ki, ölkələrimizin xalqlarının rifahı naminə əlaqələrimizi dərinləşdirmək üçün birgə işləyə bilərik.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".