Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

"Birxeber.Az" xəbər verir ki, ziyarətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, qoşun komandanları və digər şəxslər iştirak edib.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.