"Bizə zəfər sevinci bəxş etdiyinə görə Ali Baş Komandanımıza minnətdarıq" - XALQIN SƏSİ

"Bizə zəfər sevinci bəxş etdiyinə görə Ali Baş Komandanımıza minnətdarıq" - XALQIN SƏSİ

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə keçirilən Zəfər yürüşlərində şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri də iştirak edib.

"Report"un əməkdaşı yürüş iştirakçılarının təəssüratlarını öyrənib.

Kamran Şahbazov:

"Bu gün belə bir abu-havanı yaşamaq çox qürurverici və sevindiricidir. Özüm Vətən Müharibəsi iştirakçısıyam. Füzuli, Xocavənd, Hardrut, Qubadlı, Cəbrayılın azadlığı uğrunda döyüşmüşəm. İllərdir bu günləri gözləyirdik, nəhayət ki, bu sevinci yaşamaq qismətimiz oldu.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".

Asudə Abışova:

"Bu gün Azərbaycanın qələbəsi ilə fəxr edirik. Sağ olsun Ali Baş Komandanımız! Yaşasın ordumuz! Mən özüm şəhid bacısıyam. Qardaşım 1994-cü ildə 22 yaşında şəhid olub. Bu gün də Vətən üçün üç oğul böyüdürəm. Bütün şəhidlər bizim qardaşımızdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə Allahdan şəfa diləyirəm. Onlar Azərbaycanın qeyrətli oğullarıdır".

Amaliya Əliyeva:

"Bu gün Azərbaycan xalqının fəxr günü, qələbə günüdür. Bu günü hər birimiz aruzlayırdıq. Ham kimi mən də sevinir, qürur hissi keçirirəm. Bu, bizim illərdir ki, gözlədiyimiz gün idi. Şükr ki, bu günü görmək qismətimiz oldu".

Teymur Valeh:

"Əslən Ağdamlıyam. Azərbaycan Yazıçılar Birliyinin üzvü və üç kitab müəllifiyəm. Sonuncu kitabımı məhz Zəfər Gününə həsr etmişəm. "Qarabağ "Azərbaycandır" adlı kitabım yaxın vaxtlarda işıq üzü görüb. Körpəliyimdən bu günü görmək arzusu ilə böyümüşəm. Çox sevincliyəm. Qələbəmiz mübarək olsun!".

Məhəbbət İsmayılzadə:

"Vətən Müharibəsi iştirakçısıyam. Bu günü bayram kimi qeyd etdiyimizə görə, Ali Baş Komandanımız İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların ailələrinə səbir diləyirəm. Xalqımıza da təşəkkür edirəm ki, döyüş vaxtı da bizim yanımızda oldular. İllərdir həsrətində olduğumuz torpaqlara qayıtmaq çox qürurvericidir. Fəxr edirəm ki, Azərbaycan Ordusunda döyüşmüşəm və Azərbaycan oğluyam. Arzu edirəm ki, 8 Noyabr - Zəfər Gününü Yerevanda qeyd edək".

Samir Babayev:

"Vətən Müharibəsinin hər bir iştirakçısı bizim qürur mənbəyimiz və iftixarımızdır. Bu gün illərdir gözlədiyimiz sevinci yaşayırıq. Bu, Ali Baş Komandanımızın bizə bəxş etdiyi böyük qələbə sevincidir. Mən inanıram ki, Prezidentimiz bizi həmişə qoruyacaq. Çünki xalq onu sevir".

Xatırladaq ki, Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç istiqamət üzrə Zəfər yürüşü keçirilib. Yürüş Şəhidlər xiyabanından başlayıb və Alov Qüllələri kompleksi, İçərişəhər metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər, Heydər Əliyev Sarayından başlayaraq Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti və Azadlıq meydanına qədər, Hüseyn Cavid parkından başlayaraq Hüseyn Cavid prospekti, Parlament prospekti və Şəhidlər xiyabanına qədər davam edib.

Daxili siyasət Daxili siyasət
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb

Daxili siyasət Daxili siyasət
Kəlbəcərin azadlığından iki il ötür

Kəlbəcərin azadlığından iki il ötür

Daxili siyasət Daxili siyasət
İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib

Daxili siyasət Daxili siyasət
"Prezidentin Şuşada səsləndirdiyi fikirlər Ermənistana ciddi xəbərdarlıqdır" - RƏY

"Prezidentin Şuşada səsləndirdiyi fikirlər Ermənistana ciddi xəbərdarlıqdır" - RƏY

Daxili siyasət Daxili siyasət
Allahşükür Paşazadə: "Ermənistanın revanşizm təzahürləri səngimir"

Allahşükür Paşazadə: "Ermənistanın revanşizm təzahürləri səngimir"

Daxili siyasət Daxili siyasət
Prezident: “Son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artması dünya rekordu hesab oluna bilər”

Prezident: “Son 20 ildə iqtisadiyyatımızın üç dəfədən çox artması dünya rekordu hesab oluna bilər”

Daxili siyasət Daxili siyasət
Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması qaydası dəyişir

Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması qaydası dəyişir

Daxili siyasət Daxili siyasət
Mehriban Əliyeva qadınları təbrik edib

Mehriban Əliyeva qadınları təbrik edib

Daxili siyasət Daxili siyasət
PA rəsmisi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına çağırış edib

PA rəsmisi Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarına çağırış edib

Daxili siyasət Daxili siyasət
Vəkillər Kollegiyasının sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Vəkillər Kollegiyasının sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Daxili siyasət Daxili siyasət
Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

Əfv Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub - YENİLƏNİB