Prezident Ermənistana xəbərdarlıq edib: Yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etməkdir

Prezident Ermənistana xəbərdarlıq edib: Yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etməkdir

“Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”.

Birxeber.Az xəbər verir ki, bunu fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.