Özbəkistanda 68 uşağın ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub

Özbəkistanda 68 uşağın ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub

Özbəkistanda 68 uşağın ölümünə səbəb olan “Doc-1 Max” siropu ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.

“Birxeber.Az” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, ötən il 86 uşaq soyuqdəymə əleyhinə sirop səbəbindən zəhərlənib, onlardan 68-i ölüb.

Qeyd edilib ki, Daşkənd Şəhər Məhkəməsi siropu idxal edən şirkətin rəhbəri Sinqha Raqvendra Pratarı 20 il müddətinə azadlıqdan məhrum edib.

Bildirilib ki, əczaçılıq sənayesinin inkişafı agentliyinin sabiq rəhbəri Sardor Kariyev 18 il müddətinə, onun müavinləri Əmirxon Əzimov və Nodirbek Musayev 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Özbəkistanda uşaqların ölümündən sonra Hindistanın “Marion Biotech” şirkəti sirop istehsalını dayandırıb.