Azərbaycan İƏT-in Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Direktorlar Şurasının üzvü seçilib

Azərbaycan İƏT-in Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Direktorlar Şurasının üzvü seçilib

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) noyabrın 7-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Omanın paytaxtı Muskat şəhərində keçirilən 10-cu Qurultayında Direktorlar Şurasına keçirilən seçkilərdə təmsil olunub və XRİTDX-nin idarə rəisi Tural Məmmədov növbəti dəfə ikiillik müddətə Direktorlar Şurasının üzvü seçilib.

Bu barədə "Birxeber.Az"a XRİTDX-dən məlumat verilib.

Bildirilib ki, qurultayda Azərbaycanın ötən illərdə Direktorlar Şurasının üzvü kimi aktiv və məhsuldar fəaliyyəti, onun həm əməkdaşlıq baxımından, həm də idarə heyətinin təmsilçisi olaraq sahənin və digər üzv ölkə CERT-lərinin inkişafına dəstəyi, o cümlədən 2017-ci ildə İƏT ölkələri CERT-lərinin beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməsi yüksək qiymətləndirilib.

2013-cü ildən İƏT CERT təşkilatının tamhüquqlu üzvü olan CERT.GOV.AZ 2016-cı ildə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən İƏT CERT-lərinin 8-ci Qurultayından Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.

Qurultayda üzv ölkələrdən alınan təkliflər dəyərləndirildikdən sonra İƏT CERT-lərin növbəti - 2023-cü il Beynəlxalq Konfransı üçün ev sahibi kimi Birləşmiş Ərəb Əmirliyi seçilib.

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib

Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib

Xarici siyasət Xarici siyasət
Azərbaycanın Türkiyədəki səfiri Qaziantepə gedib

Azərbaycanın Türkiyədəki səfiri Qaziantepə gedib

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN: "Səfirliyə hücumla bağlı bütün məsuliyyəti İran daşıyır"

Azərbaycan XİN: "Səfirliyə hücumla bağlı bütün məsuliyyəti İran daşıyır"

Xarici siyasət Xarici siyasət
Milli Məclisin sədri Macarıstanda səfərdədir

Milli Məclisin sədri Macarıstanda səfərdədir

Xarici siyasət Xarici siyasət
MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurası Gəncədə səfərdədirlər

MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurası Gəncədə səfərdədirlər

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib 

Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gəlib 

Xarici siyasət Xarici siyasət
Azərbaycan səfiri erməni diplomata cavab verib: “Ermənistan cinayətlərinə görə məsuliyyətə cəlb olunacaq”

Azərbaycan səfiri erməni diplomata cavab verib: “Ermənistan cinayətlərinə görə məsuliyyətə cəlb olunacaq”

Xarici siyasət Xarici siyasət
Albaniya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Albaniya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Xarici siyasət Xarici siyasət
Türkiyəli nazir: “Azərbaycanın azad olunan ərazilərinə gedəndə 30 illik zülmün bitdiyini görürük”

Türkiyəli nazir: “Azərbaycanın azad olunan ərazilərinə gedəndə 30 illik zülmün bitdiyini görürük”

Xarici siyasət Xarici siyasət
Azərbaycan ərazisində yerləşdirilən qanunsuz erməni silahlılarının sayı məlum olub

Azərbaycan ərazisində yerləşdirilən qanunsuz erməni silahlılarının sayı məlum olub

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib

Xarici siyasət Xarici siyasət
Şuşa ilə Vesprem şəhərləri arasında dostluq əlaqələri təsis edilib

Şuşa ilə Vesprem şəhərləri arasında dostluq əlaqələri təsis edilib