Birxeber.az / Naxçıvanda maşın dərəyə aşıb, xəsarət alan var

Naxçıvanda maşın dərəyə aşıb, xəsarət alan var

24-01-2024, 11:50

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Qahab kəndi ərazisinə qeydə alınıb. 67-BD-755 dövlət nömrəli nişanlı, "Mercedes" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə, avtomobil yol kənarında olan qaz boru xəttinin əzib, sürücü xəsarət alıb. Hadisə yerinə Babək rayon Qaz İstismar Xidmətinin əməkdaşları cəlb edilib, boru xəttində yaranan problem aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt