Birxeber.az / Nazir: "Xocalı soyqırımı insanlıq əleyhinə ən ağır cinayətlərdəndir"

Nazir: "Xocalı soyqırımı insanlıq əleyhinə ən ağır cinayətlərdəndir"

26-02-2024, 10:40

Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir.

“Birxeber.Az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilməyib: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edildi, o cümlədən Xocalı rayonu da separatçılardan təmizləndi. Bu gün Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımız haqq-ədalətin təntənəsini, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bariz şəkildə nümayiş etdirir. Xocalı soyqırımının 32-ci ildönümündə faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik".

Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. #Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun #antiterror tədbirləri… pic.twitter.com/IsmlcJIswY

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 26, 2024
Geri qayıt