Birxeber.az / Oğuzda yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib

Oğuzda yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib

26-02-2024, 10:40

Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb.

"Birxeber.Az"un Şimal-qərb bürosunun məlumatına görə, nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi nəqliyyat vasitələri yolda qalıb.

Sürücülərin sözlərinə görə, şəhərin küçələrinə duz və qum səpilməyib. Nəticədə belə problemlər yaranıb.

Geri qayıt