Birxeber.az / Sofiyanın mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Sofiyanın mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2024, 10:40

Bolqarıstanın paytaxtı Sofiyanın mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz dərin hörmət və hüznlə Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdik. Bolqarıstanın Baş Müftiliyi ilə birgə keçirilmiş anım mərasimində Baş müfti Xocalı qətliamı ilə bağlı xütbə söylədi. Soyqırımı qurbanlarının və bütün şəhidlərin ruhuna dualar oxunub”, - diplomat paylaşımında qeyd edib.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi #Bolqarıstan/ın paytaxtı #Sofiya şəhərinin mərkəzi məscidində dərin ehtiram və hüznlə anıldı. Bolqarıstanın Baş Müftiliyi ilə birgə keçirilmiş anım mərasimində Baş müftisi #Xocalı qətliamı ilə bağlı xütbə söylədi, Xocalı qurbanları… pic.twitter.com/HLc3xP4K6E

— Huseyn Huseynov (@HJHuseyn) February 26, 2024
Geri qayıt