Birxeber.az / Türkiyə XİN: Xocalı faciəsi insanlıq tarixinə qara bir ləkə olaraq keçib

Türkiyə XİN: Xocalı faciəsi insanlıq tarixinə qara bir ləkə olaraq keçib

26-02-2024, 09:40

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, - paylaşımda bildirilib.

Hocalı Katliamı’nın 32. Yıldönümü Hk. https://t.co/bocP1bAcDU pic.twitter.com/wgstFf8qjL

— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) February 26, 2024
Geri qayıt