Birxeber.az / ITC Azərbaycanın ixracının artmasına dəstək vermək öhdəliyinə sadiqdir

ITC Azərbaycanın ixracının artmasına dəstək vermək öhdəliyinə sadiqdir

24-01-2024, 11:40

Beynəlxalq Ticarət Mərkəzi (ITC) Azərbaycanın ixracının artmasına, Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığının digər ölkələri ilə daha sıx ticarət inteqrasiyasına dəstək vermək öhdəliyinə sadiqdir.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva ITC-nin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə bildirib.

"ITC BMT və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyidir, inkişaf etməkdə olan ölkələrə ticarət sahəsində texniki yardım göstərməkdə demək olar ki, 60 illik təcrübəyə malikdir, fəaliyyətini KOB-ların inkişafına tam həsr etmiş yeganə çoxtərəfli agentlikdir, Azərbaycana dəstək verməyi hədəfləyir. Bugünkü görüş prioritet məsələlərin müəyyənləşdirilməsinə və problemlərin aradan qaldırılması yollarına dair rəylərin toplanması yolunda mühüm addımdır", - deyə o qeyd edib.

Xatırladaq ki, bugünkü tədbirdə Aİ-nın təşəbbüsü olan “EU4Business" və BMT-nin icra etdiyi "Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası" layihəsi çərçivəsində Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə biznes dairələri arasında keçirilmiş sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün "dəyirmi masa" formatında interaktiv müzakirələr aparılıb.

Geri qayıt