Birxeber.az / Oğuzda tövlə yanıb, 34 baş iribuynuzlu heyvan tələf olub

Oğuzda tövlə yanıb, 34 baş iribuynuzlu heyvan tələf olub

26-02-2024, 08:40

Oğuz rayonunda içərisində 34 baş mal-qara olan tövlə yanıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Calut kəndindəki fermada, 64 yaşlı Yaşar Yusif oğlu Həsrətova məxsus ümumi sahəsi 260 kv/m olan tövlədə baş verib.

Yanğın zamanı tövlədə olan 1 000 ədəd ot bağlaması da yanaraq tələf olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt