Birxeber.az / Yaponiyada hakim partiyanın reytinqi qalmaqal fonunda ən aşağı səviyyəyə düşüb

Yaponiyada hakim partiyanın reytinqi qalmaqal fonunda ən aşağı səviyyəyə düşüb

26-02-2024, 07:40

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) reytinqi siyasi ianələrin toplanmasında pozuntularla bağlı qalmaqal fonunda 2012-ci ildən bəri ən aşağı səviyyəyə - 25 %-ə düşüb.

"Birxeber.Az"un məlumatına görə, bunu "Nikkei" qəzetinin fevralın 23-dən 25-dək keçirdiyi sorğunun nəticələri sübut edir.

LDP-yə dəstək yanvardakı sorğudan 2 faiz aşağıdır. Hakim partiyanın hazırkı reytinqi 2012-ci ildən, yəni LDP-nin Demokrat Partiyasının hakimiyyətdə olduğu qısa müddətdən sonra öz mövqeyini bərpa etdiyi vaxtdan ən aşağı reytinqdir. Baş nazir Fumio Kisidanın rəhbərlik etdiyi hökumətin reytinqi də yanvar ayı ilə müqayisədə 2 faiz bəndi azalaraq 25 %-ə düşüb.

“Nikkei”nin sorğusunun nəticələrinə görə Yaponiyada ikinci ən populyar, dəstək səviyyəsi son bir ayda 1 faiz bəndi artaraq 9 %-ə yüksələn aparıcı müxalifətdə olan Konstitusiya Demokratik Partiyası olub. Daha sonra 8 % ilə getdikcə populyarlaşan Yaponiya Yeniləmə Cəmiyyəti gəlir. 867 nəfərin iştirak etdiyi sorğu iştirakçılarının 36%-i heç bir partiyanı dəstəkləmir.

Qeyd edək ki, Yaponiyada hakim partiya ilə bağlı səs-küylü qalmaqal 2023-cü ilin sonunda başlayıb.

Qalmaqal səbəbindən artıq 15 siyasətçi, o cümlədən nazirlər, dövlət nazirləri, parlament nazirlərinin müavinləri və LDP rəhbərliyinin nümayəndələri vəzifəsini itirib. Onların hamısı Abe fraksiyasının üzvləri idi.

Geri qayıt