Birxeber.az / Zelenski: "Ukrayna say üstünlüyünə malik olmasa, ərazilərini itirməkdə davam edəcək"

Zelenski: "Ukrayna say üstünlüyünə malik olmasa, ərazilərini itirməkdə davam edəcək"

26-02-2024, 02:50

Ukrayna Prezidenti Vladimir Zelenski silahlı qüvvələrdə canlı qüvvə sarıdan çatışmazlıqların olduğunu bildirib.

Birxeber.Az xəbər verir ki, bu barədə ukraynalı lider mətbuat konfransında bildirib.

"Rusiya ordusu ilə qüvvələr 7:1 nisbətindədir. Rusları geri çəkmək üçün qüvvələr nisbəti 1:1,5 olmalıdır. Canlı qüvvə itirməmək strateji baxımdan çox vacibdir" deyə o bildirib.

Zelenski etiraf edib ki, Ukrayna say üstünlüyünə malik olmasa, ərazilərini itirməkdə davam edəcək.

"100 metr, 50 metr itirəcəyik", - deyə o qeyd edib.

Geri qayıt