Birxeber.az / Tanzaniyada yol qəzasında onlarla insan ölüb

Tanzaniyada yol qəzasında onlarla insan ölüb

26-02-2024, 02:40

Tanzaniyanın şimalında baş verən qəzada aralarında Keniya, ABŞ və Cənubi Afrika vətəndaşları da daxil olmaqla, azı 25 nəfər həlak olub.

"Birxeber.Az"un məlumatına görə, bu barədə "Agence France-Presse"məlumat yayıb.

Qeyd edilir ki, Aruşa-Namanqa magistral yolunda yük maşını ilə üç minik avtomobilinin toqquşması zamanı daha 21 nəfər yaralanıb.

Tanzaniya Prezidenti Samiya Suluhu Hasan qəza ilə bağlı başsağlığı verib.

Geri qayıt