Birxeber.az / Baş nazir: Ukrayna ölkənin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək

Baş nazir: Ukrayna ölkənin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək

25-02-2024, 16:40

Ukrayna ölkənin bərpası məsələsində Türkiyə şirkətləri ilə yaxından işləyəcək.

“Birxeber.Az”un Şərqi Avropa bürosunun əməkdaşının Kiyevdə keçirilən “Ukrayna –2024-cü il” beynəlxalq forumundan verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Denis Şmıhal çıxış edən Ukraynanın Baş naziri Denis Şmıhal deyib.

“Biz ərazilərimizin bərpasında Türkiyə şirkətləri ilə yaxından işləyəcəyik”, – siyasətçi qeyd edib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri Ukraynada fəal çalışırlar: ”Ölkəmizin infrastrukturunun qurulmasına dair Türkiyə şirkətləri ilə çoxlu sayda müqavilələr imzalanıb. Müharibə başlayandan bəri Türkiyə dövləti Ukraynaya böyük kömək edir. Hazırda Ukraynada “Bayraktar”ın zavodu tikilir”.

Xatırladaq ki, Ukraynada tikintisi həyata keçirilən dron zavodunda “Bayraktar”ın TB2 və TB3 modellərinin istehsalı nəzərdə tutulub.

Geri qayıt