Birxeber.az / Ötən gün Azərbaycanda 30 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Ötən gün Azərbaycanda 30 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

20-01-2024, 10:40

Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, 1 kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Geri qayıt