Birxeber.az / Həvəskar xizək yarışının qalibləri müəyyənləşib

Həvəskar xizək yarışının qalibləri müəyyənləşib

25-02-2024, 12:40

Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku çərçivəsində 3 müxtəlif yaş kateqoriyasında olan uşaqlar arasında həvəskar xizək yarışı təşkil edilib.

“Birxeber.Az” xəbər verir ki, yarışın keçirilməsinin əsas məqsədi uşaqlar arasında qış idman növlərini təbliğ etmək, xizək idmanına marağı artırımaq və yerli idmançıların hazırlanmasına dəstək olmaqdır.

İdman tədbirində Azərbaycan, Rusiya, Qazaxıstan, Almaniya, ABŞ və Böyük Britaniyadan olan 70-ə yaxın həvəskar xizəkçi birincilik uğrunda mübarizə aparıb.

Yarışın nəticələri:

Qızlar arasında 6-8 yaş
I yer - Rozalia Dubentsova (Azərbaycan), II yer – Valeria Volkarezova (Rusiya), III yer - Milana Dudcenko (Azərbaycan)

Oğlanlar arasında 6-8 yaş
I yer - Mixayıl Filipov (Rusiya), II yer - Leonid Kostin (Rusiya), III yer – Kiril Burlov (Azərbaycan)

Qızlar arasında 9-12 yaş
I yer – Aleksandra Kuskina (Rusiya), II yer – Leah Mckennel (Böyük Britaniya), III yer – Arina Nagayeva (Rusiya)

Oğlanlar arasında 9-12 yaş
I yer – Kiril Kostin (Rusiya), II yer – Kaan Medetoğlu (Azərbaycan), III yer – Aleksandr Dirodniy (Rusiya)

Qızlar arasında 13-17 yaş
I yer – Nurel Hacıbəyli (Azərbaycan), II yer – Lyudmila Podqornaya (Azərbaycan), III yer - Vasilisa Kandrakina (Rusiya)

Oğlanlar arasında 13-17 yaş
I yer – Panke Carl- Leo (Almaniya), II yer – Amin Şıxov (Azərbaycan), III yer – Samuel Povsney (Böyük Britaniya)

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif ediliblər, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bundan öncə Heydər Əliyev Kuboku çərçivəsində keçirilən yarışda müxtəlif yaş kateqoriyasında olan böyüklər arasında həvəskar xizək və snoubord yarışı təşkil edilmişdi.

Geri qayıt