Birxeber.az / Belarusda Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilər keçirilir

Belarusda Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilər keçirilir

25-02-2024, 11:50

Bu gün Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilər keçirilir.

Birxeber.Az-nın БЕЛТА-ya istinadən verdiyi xəbərə görə, seçkilərdə Nümayəndələr Palatasına 110, yerli deputat şuralarına 12 514 deputat seçilməlidir.

Seçkilərlə əlaqədar 5 411 seçki məntəqəsi yaradılıb. Yerli vaxtla saat 08.00-da başlayan səsvermə saat 20.00-da başa çatacaq.

Geri qayıt