Birxeber.az / ABŞ-da Respublikaçıların 65%-i Baydenin 2020-ci ildəki qələbəsini qeyri-legitim hesab edib

ABŞ-da Respublikaçıların 65%-i Baydenin 2020-ci ildəki qələbəsini qeyri-legitim hesab edib

25-02-2024, 05:40

Respublikaçı tərəfdarların əksəriyyəti ABŞ prezidenti Cozef Baydenin 2020-ci il seçkilərində qeyri-qanuni qalib gəldiyinə inanır.

“Birxeber.Az” xəbər verir ki, “CNN” bu barədə Respublikaçılar Partiyasının praymerizlərinin keçirildiyi Cənubi Karolina ştatında ilk exit-polların (seçki məntəqələrindən çıxışda sorğular) nəticələrinə əsasən məlumat verib.

Respondentlərin təxminən 65%-i Baydenin son prezident seçkilərində qeyri-qanuni qələbə qazanması ilə razılaşıb. Sorğuda iştirak edənlərin yalnız 32%-i hazırkı Amerika liderinin qanuni qələbəsinə əmin olduğunu bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və tərəfdarları 2020-ci ilin noyabr seçkilərindən sonra bəzi ştatlarda səslərin yenidən hesablanması tələbi ilə dəfələrlə məhkəməyə müraciət ediblər.

Lakin Respublikaçının hərəkətləri uğursuz oldu, iddialar məhkəmələr, o cümlədən ABŞ Ali Məhkəməsi tərəfindən rədd edildi. 20 yanvar 2021-ci ildə ABŞ-ın yeni prezidenti Cozef Baydenin andiçmə mərasimi keçirilib.

Geri qayıt