Birxeber.az / Bakıda 43 yaşlı qadını avtomobil vurub

Bakıda 43 yaşlı qadını avtomobil vurub

25-02-2024, 02:40

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.

Belə ki, avtomobil yolu keçən 1981-ci il təvəllüdlü İsmayılova Şəhla Allahverdi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt