Birxeber.az / Sumqayıtda kişi dəm qazından boğulub

Sumqayıtda kişi dəm qazından boğulub

25-02-2024, 00:50

Sumqayıtda kişi dəm qazından boğularaq ölüb.

Birxeber.Az xəbər verir ki, hadisə Tağıyev qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü Tarıverdiyev Rəhim Rəhman oğlu fərdi yaşayış evində dəm qazından boğulub.

Hadisə bir gün əvvəl baş verib, meyit bu gün aşkar olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Geri qayıt