Birxeber.az / Venesuela ordusu 16 nəfərin öldüyü şaxtadan 384 nəfəri təxliyə edib

Venesuela ordusu 16 nəfərin öldüyü şaxtadan 384 nəfəri təxliyə edib

24-02-2024, 23:40

Venesuela Milli Bolivar Silahlı Qüvvələri Bolivar ştatında qanunsuz "Bulua Loka" mədənində olan 384 nəfəri təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə Venesuela Silahlı Qüvvələrinin əməliyyat-strateji komandanlığının rəhbəri Dominqo Hernandes Lares “X”də yazıb.

Qeyd olunub ki, eni 100 m, dərinliyi 30 m olan açıq şaxtada torpağın çökməsi nəticəsində 16 nəfər həlak olub. Xəsarət alan 16 mədən işçisi xəstəxanalara çatdırılıb.

Geri qayıt