Birxeber.az / İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərini bombardman edib

İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərini bombardman edib

24-02-2024, 23:40

İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə cavab zərbələri endirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gün ərzində İsrailin şimalındakı Ərəb əl-Aramşe, Hanita və Dov dağı əraziləri istiqamətinə bir neçə raket və mərmi atışı qeydə alınıb. Son bir neçə saat ərzində SAXAL Livanın Rab əl-Talatin, Ayta əl-Şab və Blida bölgələrində “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib”, - deyə məlumatda bildirilir.

İsrail hərbçiləri həmçinin Livanın cənubundakı Blida bölgəsindəki “Hizbullah”ın hərbi obyektini bombardman edib.

Geri qayıt