Birxeber.az / Şəmkirdə avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var

Şəmkirdə avtomobil körpüdən aşıb, ölən və xəsarət alan var

24-02-2024, 22:40

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, Dəllər Cəyir kəndində "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb.

Nəticədə 1987-ci il təvəllüdlü Cavid Zeynalov hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt