Birxeber.az / Premyer Liqa: "Səbail" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Səbail" "Sabah"ı məğlub edib

24-02-2024, 19:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Səbail" "Sabah"ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:0. 52-ci dəqiqədə Aleksandr Ramalinqom hesabı açıb. 90+2-ci dəqiqədə Samir Abdullayev matçda son nöqtəni qoyub.

Xallarının sayını 34-ə çatdıran "Səbail" hələlik 4-cü pilləyə yüksəlib. Qonaqlar isə 31 xalla 7-ci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" səfərdə "Turan Tovuz"la heç-heçə edib - 1:1. XXIV turun "Araz-Naxçıvan" - "Zirə" və "Qarabağ" - "Sumqayıt" matçları fevralın 25-də olacaq. Ötən gün "Kəpəz" "Qəbələ"ni məğlub edib.

Geri qayıt