Birxeber.az / MSK seçicilərə səsvermə hüququndan istifadə etməklə bağlı bildirişlər göndərməyə başlayıb

MSK seçicilərə səsvermə hüququndan istifadə etməklə bağlı bildirişlər göndərməyə başlayıb

24-01-2024, 10:40

Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib.

“Birxeber.Az”un xəbərinə görə, MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərilməyə başlanılıb.

Bildirişlər yanvarın 23-dən etibarən göndərilir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Geri qayıt