Birxeber.az / Cahit Bağçı: “Trabzonlu iş adamları Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır”

Cahit Bağçı: “Trabzonlu iş adamları Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır”

24-02-2024, 17:40

Trabzonlu iş adamları Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır və onlar Türk dünyasının digər ölkələrində də fəaliyyətlərini genişləndirməlidirlər.

“Birxeber.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda keçirilən Trabzon İş Adamları Platfomasında (TİAP) deyib.

C.Bağçı bildirib ki, bu cür platformalar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə zəmin yaradır: “Həmçinin ölkəmizi burada tanıdarkən Azərbaycanı da Türkiyədə düzgün formada təqdim etmək, qardaşlığımızı gücləndirmək imkanına sahib oluruq”.

TİAP İdarə Heyətinin sədri Mustafa Küçükali məqdəslərinin Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrə töhfə vermək olduğunu diqqətə çatdırıb: “Qarşıdakı müddətdə ölkələrimizin mənfəəti istiqamətində fəaliyyət göstərəcək və daim irəli gedəcəyik. Türkiyə və Azərbaycan əlaqələri hər iki ölkənin rəhbərlərinin liderliyində, birgə qarşıya qoyduqları hədəflər çərçivəsində “tək millət, iki dövlət” şüarı ilə davam edəcək”.

Geri qayıt