Birxeber.az / Yaponiya sahillərində zəlzələ olub

Yaponiya sahillərində zəlzələ olub

24-02-2024, 16:50

Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 239 min insanın yaşadığı Haçinohe şəhərindən 190 km cənub-şərqdə yerləşib. Episentr 10 km dərinlikdə yerləşir.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Geri qayıt