Birxeber.az / Qəzzada girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub

Qəzzada girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub

24-02-2024, 16:40

Parisdə keçirilən çoxtərəfli məsləhətləşmələrdə Qəzza zolağında girovların dəyişdirilməsinin yeni şərtləri ilə bağlı razılıq əldə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Paris danışıqlarında fələstinli məhbuslarla girovların mübadiləsinə dair sazişin yenilənmiş çərçivəsi haqqında razılıq əldə olunub.

Geri qayıt