Birxeber.az / KİV: "Son 5 ildə Ermənistanda söz azadlığının səviyyəsi kəskin aşağı düşüb"

KİV: "Son 5 ildə Ermənistanda söz azadlığının səviyyəsi kəskin aşağı düşüb"

24-01-2024, 10:40

Son 5 ildə Ermənistanda söz azadlığının səviyyəsi kəskin aşağı düşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə yerli “Joqovurd” nəşri yazıb.

Bildirilib ki, ölkədə son 5 ildə jurnalistlərə qarşı təzyiqlər artıb: “Bu təzyiqlər o qədər çoxdur ki, bəzi media orqanları və ayrı-ayrı jurnalistlər özünü müdafiə etmək üçün məhkəmə sisteminə və ya jurnalist təşkilatlarına müraciət edirlər”.

Qeyd olunub ki, 2023-cü ildə Ermənistanda jurnalistlərə qarşı 36 məhkəmə işi olub.

Məlumata görə, Söz Azadlığının Müdafiəsi Komitəsinin 2013 və 2014-cü illərdə apardığı əvvəlki analoji araşdırmalarla müqayisədə əldə olunan nəticə göstərir ki, təhqir və böhtanla bağlı işlərin sayı təxminən 3 dəfə artıb.

“Məsələ burasındadır ki, əsas özəyini media sahəsinin keçmiş nümayəndələri təşkil edən hazırkı hakimiyyət bu məsələdə öz həmkarlarına qarşı "sui-qəsd" qurur, onlara qarşı iddialar qaldırır”, - nəşr yazıb.

Geri qayıt