Birxeber.az / İsveç Ukraynaya 7,19 milyon dollar məbləğində humanitar yardım göstərəcək

İsveç Ukraynaya 7,19 milyon dollar məbləğində humanitar yardım göstərəcək

24-02-2024, 13:50

İsveç Ukraynaya 74 milyon kron (7,19 milyon dollar) məbləğində humanitar yardım göstərəcək.

Birxeber.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Beynəlxalq İnkişaf Agentliyinin (Sida) press-relizində deyilir.

Pul Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə yönəldiləcək və səhiyyənin dəstəklənməsinə, həmçinin su, qida, istilik və elektrik enerjisinə çıxışın təmin edilməsinə sərf olunacaq.

Geri qayıt