Birxeber.az / Rusiya Baş Qərargah Rəisliyi: Ukrayna Silahlı Qüvvələri döyüş qabiliyyətini qoruyub saxlayır

Rusiya Baş Qərargah Rəisliyi: Ukrayna Silahlı Qüvvələri döyüş qabiliyyətini qoruyub saxlayır

19-02-2024, 03:40

“Ukrayna Silahlı Qüvvələri aktiv əməliyyatlar aparmaq üçün döyüş qabiliyyətini hələ də qoruyub saxlayır”.

“Report”un məlumatına görə, bunu “Krasnaya Zvezda” qəzetinə müsahibəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi - Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Serqey Rudskoy deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin növbəti əks-hücum cəhdi də istisna edilmir:

“Gələcəkdə Qərbin irimiqyaslı hərbi yardımı olacağı təqdirdə, növbəti əks-hücum cəhdini də istisna etmək olmaz”.

Geri qayıt