Birxeber.az / Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

18-02-2024, 18:40

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Cəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2103" markalı minik avtomobilinin sürücüsü, Şamaxı rayon sakini Şirinov Arif Hacısoltan oğlu Ağsu istiqamətində hərəkətdə olarkən rayonun Cəyli kəndindən magistral yola çıxmaq istəyən kənd sakini Abdullayev Nəriman Sərdar oğlunun idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb.

Qəza zamanı hər iki sürücü - Arif Şirinov və Nəriman Abdullayev müxtəlif dərəcəli xəsarətlər alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Geri qayıt