Birxeber.az / ETSN ölkədəki faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb

ETSN ölkədəki faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb

24-01-2024, 09:50

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda Bakı və Abşeron yarmadasında qar yağır. Qar axşama doğru tədricən kəsəcək.

Birxeber.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ölkədəki faktiki hava şəraiti ilə bağlı deyib.

Qeyd olunub ki, havanın temperaturu hazırda 1 dərəcəyədək isti qeydə alınır, axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görünüş məsafəsinin məhdudlaşacağı, gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimal olunur.

Bölgələrdə də yağıntılar davam edir. Bəzi yerlərdə qar yağır, ayrı-ayrı ərazilərdə yağıntılar intensiv xarakterlidir. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur.

Yanvarın 25-dən Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraitinin sabit, gün ərazində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Geri qayıt