Birxeber.az / Almaniya müdafiə sahəsinə daha çox pul xərcləmək niyyətindədir

Almaniya müdafiə sahəsinə daha çox pul xərcləmək niyyətindədir

18-02-2024, 14:40

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin müdafiə sektorunda “illərlə diqqətsizliyi” kompensasiya etmək niyyətindədir və buna görə də ölkənin hərbi xərcləri artaraq ÜDM-in 3,5 %-nə çata bilər.

Bu barədə “Birxeber.Az” “Bloomberg”ə istinadən xəbər verir.

Pistorius vurğulayıb ki, müdafiə sənayesinə maliyyə investisiyaları üçün konkret rəqəmlər Almaniya iqtisadiyyatındakı konkret vəziyyətdən asılı olacaq.

O, həmçinin ÜDM-in 2 %-i olan müdafiə xərclərinə nail olmaq üçün digər NATO ölkələrinin də Berlindən nümunə götürəcəyinə ümid etdiyini bildirib.

Geri qayıt