Birxeber.az / NATO nümayəndəsi: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını qətiyyətlə dəstəkləyirik

NATO nümayəndəsi: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını qətiyyətlə dəstəkləyirik

18-02-2024, 13:40

NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması səylərinə qətiyyətlə dəstək verir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması səylərinə güclü dəstək verir", - Xavyer Kolomina bildirib.

Very important indeed to see #Armenia and #Azerbaijan meeting again at the highest level and agreeing on the need to continue the talks towards a long lasting peace treaty. #NATO strongly supports the normalisation of relations between and https://t.co/p9zHREtY7F

— Javier Colomina (@JavierColominaP) February 18, 2024
Geri qayıt