Birxeber.az / İsrail ordusu: Qəzza zolağında bir gündə onlarla terrorçu zərərsizləşdirilib

İsrail ordusu: Qəzza zolağında bir gündə onlarla terrorçu zərərsizləşdirilib

18-02-2024, 13:40

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində zərbələr nəticəsində onlarla terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

“Report” bu barədə İsrail Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, fevralın 15-dən başlayan xüsusi təyinatlıların əməliyyatı davam edir.

"Xan Yunisdə, Qəzza zolağının mərkəzi və şimal hissələrində əməliyyatlar davam etdirilir. Son 24 saat ərzində 20-yə yaxın terrorçu zərərsizləşdirilib, çoxlu sayda silah-sursat ələ keçirilib”, - məlumatda deyilir.

Geri qayıt