Birxeber.az / Premyer Liqa: "Sumqayıt" "Turan Tovuz"u, "Neftçi" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Sumqayıt" "Turan Tovuz"u, "Neftçi" "Zirə"ni qəbul edəcək

18-02-2024, 09:40

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.

"Birxeber.Az" xəbər verir ki, ilk olaraq "Sumqayıt" "Turan Tovuz"u qəbul edəcək.

Qarşılaşma saat 15:30-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 35 xalla 2-ci, Tovuz klubu 29 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" və "Zirə" üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlanacaq. 32 xala malik komandalar 2-3-cü yerləri bölüşdürürlər.

18 fevral (bazar)

15:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”

Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

Geri qayıt