Birxeber.az / Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda yol qəzası olub, xəsarət alan var

18-02-2024, 09:40

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Qarayev Taleh Elman oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Geri qayıt